Lavrov Xəzərin statusu ilə bağlı danışıqlar barədə


Digərləri 05 Dek 2017 12:15:57 233 0

Lavrov Xəzərin statusu ilə bağlı danışıqlar barədə

Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar region ölkələrinin dövlət başçılarının növbəti sammitinədək başa çata bilər.

Bakı. Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar region ölkələrinin dövlət başçılarının növbəti sammitinədək başa çata bilər. Trend-in məlumatına görə, bunu Moskvada Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclası zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, iclas zamanı Xəzərin statusu ilə bağlı konvensiyanın hazırlanması üzrə ekspertlərin işinə nəzər salınacaq. S.Lavrov vurğulayıb ki, tərəflər regionda təhlükəsizliyin təmin olunmasında qarşılıqlı fəaliyyətə diqqət ayıracaqlar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin