Kiyev polisi Saakaşvilini saxladı


Dünya 05 Dek 2017 12:04:00 267 0

Kiyev polisi Saakaşvilini saxladı

Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini yaşadığı binanın damında saxlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə M.Saakaşvilinin tərəfdaşları bildirib.

Qeyd edək ki, bir müddət əvvəl polis Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb.