SOCAR və Britaniya şirkəti birgə müəssisə yaradıblar FOTO


Digərləri 05 Dek 2017 12:06:00 355 0

SOCAR və Britaniya şirkəti birgə müəssisə yaradıblar  FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Britaniyanın "Petrofac" neft-servis şirkəti "SOCAR Petrofac" birgə müəssisəsinin yaradılması haqqında müqavilə imzalayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, birgə müəssisə beynəlxalq energetika layihələrində çalışan işçilər üçün müasir proqramlar əsasında daha təkmilləşdirilmiş təlim və treninqlərin keçirilməsi üzrə xidmətlər göstərəcək.

Müqaviləyə uyğun olaraq, yeni müəssisədə SOCAR 51, "Petrofac" isə 49 faiz paya sahib olacaq.