Şahzadənin nişanlısının atası çox sadə insandır FOTO


Digərləri 05 Dek 2017 10:51:00 279 0

Şahzadənin nişanlısının atası çox sadə insandır  FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, şahzadə Harrinin may ayında evlənəcəyi nişanlısı, amerikalı aktria Meqan Marklın atası Meksikada sakit bir məkanda yaşayır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 36 yaşlı Meqanın 73 yaşlı atası Tomas Marklın evi Sakit Okean sahilindəki kiçik Rosarito şəhərindədir. Balaca, sarı ev 38 metr yüksəkliyindəki qaya üzərindədir.

Vaxtının əksər hissəsini evdə keçirən Tomas hərdən Walmart marketində alış-veriş edir. O, dostları ilə zarafatlaşır da: "Meqan Marklı tanıyırsınız? Mən onun atasıyam".

Qonşuları Tomas Marklı çox yaxşı, mədəni insan kimi səciyyələndirirlər: "Çox sakit, sadə, təvazökar insandır. Yaxşı adamdır. Meqanı çox sevir, onunla qürurlanır".

T.Marklın atasının dediyinə görə, qızının nikahında və toyunda iştirak etmək niyyətindədir.

İki il əvvəl üzləşdiyi qəza səbəbindən T.Markl axsayır.

Tomasın evi kirayəyə götürdüyü yaşayış kompleksinin sahibi, 61 yaşlı Ramon Morenonun sözlərinə görə, Tomas Markl "adidən adi" insandır.

Sabiq kinematoqrafçı T.Marklın gümüşü rəngli Volvo S70  və qırmızı rəngli Ford Escape avtomobilləri var.