Salyanda AĞIR QƏZA:


Digərləri 05 Dek 2017 10:45:00 309 0

Salyanda AĞIR QƏZA:

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Mitsubishi-Pajero" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, qəzada xəsarət alanlardan Masallı rayonunun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızı xəstəxanada ölüb.   Qeyd edək ki, qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran rayon sakini Rəhimova Tükəz Həbib qızı, Biləsuvar rayon sakini, 1968-ci il təvəllüdlü Qasımova Maral İnşallah qızı və Masallı rayonu Qızılağac kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.