Misir İsrailin cənubuna raket zərbəsi endirib


Dünya 05 Dek 2017 08:51:30 270 0

Misir İsrailin cənubuna raket zərbəsi endirib

Raketlər Sinay yarımadasından Eşkol regional şurasına atılıb

Misirin sərhədyanı rayonlarından İsrailin cənubuna iki raket atılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, raketlər Sinay yarımadasından Eşkol regional şurasına atılıb.

Bu, cari ildə Misirdən İsrail istiqamətində açılan azı üçüncü raket atəşidir. Bundan əvvəlki hadisə oktyabrın 15-də qeydə alınıb.