Öz qızlarını vəhşicəsinə öldürən cinayətkar: "Mən şeytanla birgə doğuldum"


Digərləri 04 Dek 2017 23:21:00 373 0

Öz qızlarını vəhşicəsinə öldürən cinayətkar: "Mən şeytanla birgə doğuldum"

"Mən içimdəki pisliklə doğuldum. Qatil olmaq gerçəkliyimin önünə keçə bilmədim. Dünyaya gözlərimi açdığım yatağın yanında iblis mənim dostum olaraq gözləməkdə idi və o gündən bəri mənimlə birlikdədir".

Son.az xəbər verir ki, bu sözlər İblis Holms ləqəbli, əsl adı Henri Hovard Holms olan Amerikanın ilk silsilə qətllər törədən qatilinə aiddir.

200-dən çox cinayətdə adı keçən Amerikanın ilk silsilə qətllər törədən qatili olan bu şəxs məqsədlərini həyata keçirmək üçün 100 otaqlı bir malikanə hazırladıb. O, malikanədə qaz otaqları, turşu balonları və əhəng quyuları kimi bir çox tələlər qurub və həmin otaqları 1893-cü il Çikaqo Dünya Sərgisinə gələn ziyarətçilərə kirayə verib. Təbii ki, burada məqsəd pul qazanmaq deyil, öldürmək olub.

Bu "həvəs" onda uşaqlığından yaranıb. ABŞ-ın Nyu Hampşir şəhərində doğulub böyüyən Holmsun sinif yoldaşları onun həkimdən qorxduğunu öyrənib. Onlar Holmsu insan skeletinə toxunmağa və onu araşdırmağa məcbur ediblər. Dostlarının onu qorxutmaq üçün skeletə toxunmağa məcbur etməsi qısa bir müddət sonra onun ölümə maraq salmasına səbəb olub.

Holms universitetdə oxuduğu zamanlar laboratoriyadan cəsədləri oğurlayır və onların formalarını pozur. Daha sonra cəsədlərin qəza nəticəsində ölən adamlara aid olduğunu söyləyərək mərhumların sığorta pullarını yığmağa başlayır.

O, dərman sənayesindəki karyerasını inkişaf etdirmək üçün Çikaqoya köçməyə qərar verir. Eyni zamanda bir çox sirli işlər, qanunsuz mənzil alveri və bu kimi qaranlıq yollara baş vurur.

Holms Marta və Klara adlı 2 qadın ilə evli olduğu zaman Denver şəhərində köhnə iş yoldaşlarından birinin həyat yoldaşı olan Culia Smit ilə evlənir. Daha sonra Cullia Holmsun qurbanlarından birinə çevrilir...

Holmsun şöhrətinin əsl qaynağı isə 1886-da inşa etdirdiyi "World's Fair Hotel" olur. Çikaqodakı bir festival üçün inşasına başlanılan hotel əslində Holmsun şəxsi ölüm qəsri olur. Hotelin inşası zamanı heç bir işçi planları tam olaraq həyata keçirə bilmir və heç kim burada bir neçə həftədən çox işləyə bilmir. Holms kimsə içəridə tam olaraq nələr olacağını anlamasın deyə otelin inşasında işləyən hamını müxtəlif boş səbəblərlə işdən qovur.

1893-cü ilə gəldikdə isə Çikaqo Dünya Sərgisi zamanında beynində qurduğu cinayətləri həyata keçirmək üçün özəl olaraq dizayn etdiyi hoteli o zamanlarda orada olan qonaqların istifadəsinə verir. Hoteldə qaz otaqları, turşu hamamları və əhəng quyuları, pəncərəsiz bölmələr, qurbanın havasızlıqdan ölməsinə səbəb olan otaqlar, arxasında divar hörülən qapılar kimi bir - birindən fərqli tələlər qurur.


Xəbərə aid fotolar