Venesuela kriptovalyutaya keçir


Digərləri 04 Dek 2017 21:06:00 273 0

Venesuela kriptovalyutaya keçir

Karakas öz dövlət kriptovalyutasının yaradıldığını elan edib. Bu pul vahidi "el petro" adlanacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Venesuela prezidenti Nikolas Maduronun sözlərinə görə, "el petro" OPEC tərəfindən dəstəklənəcək və ölkənin neft ehtiyatları ilə təmin olunacaq. Valyutanın tətbiqi Venesuelanın ABŞ tərəfindən maliyyə "blokadasına" alınması ilə bağlıdır. Hazırkı pul vahidi bolivarın məzənnəsi enməkdə davam edir.

"Bizim qızıl mədənlərinin, neft, qaz və almaz yataqlarının ehtiyatları yeni kriptovalyutanın stabilliyinin rəhni olacaq, hesablaşmaları bu valyutada aparmağa kömək edəcək, - deyə Madura bildirib.