Cənubun feyxoa və limonu hara satılır?


Digərləri 04 Dek 2017 20:56:00 265 0

Cənubun feyxoa və limonu hara satılır?

Cənub bölgəsində sitrus meyvələrin yığımına başlanıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətindən bildiriblər ki, rayonda bu il 50 min ton sitrus meyvə yığılıb: "Hər il 50-55 min ton meyvə yığılır. Məhsulun satışı əsasən daxili bazarda aparılır. 10 faiz isə xarici bazara çıxarılır. Daha çox tez yetişən sitrus meyvələrinin sortları xaricə ixrac edilir. Xüsusi naringi və feyxoa sortları var ki, bu meyvələr digərlərindən bir ay tez yetişir. Həmin məhsulları biz Rusiya və Gürcüstan bazarlarına göndəririk".