Nazir müavini: BƏƏ həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib


Digərləri 04 Dek 2017 20:12:00 219 0

Nazir müavini: BƏƏ həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Bakı. Ləman Zeynalova - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) həmişə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev BƏƏ-nin qurulmasının 46-cı ildönümünə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrindəndir: "Bu, Azərbaycan üçün əhəmiyyətli dəstək idi". M.Məmməd-Quliyev qeyd edib ki, Azərbaycanla BƏƏ arasında əməkdaşlıq bir çox sahələrdə inkişaf edir. O iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Nazir müavininin sözlərinə görə, Azərbaycan BƏƏ ilə iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Nazir müavini bildirib ki, Azərbaycan BƏƏ-nin ölkənin nəqliyyat layihələrində iştirakını alqışlayır. M.Məmməd-Quliyev əlavə edib ki, gələn ilin martında "Ehtihad Airways" Bakı-Abu Dabi marşrutu üzrə uçuşlara başlayacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin