Rasim Balayevin müalicəsi üçün Türkiyədən Bakıya həkim gətirildi


Digərləri 04 Dek 2017 17:19:00 344 0

Rasim Balayevin müalicəsi üçün Türkiyədən Bakıya həkim gətirildi

"Müalicəm üçün Türkiyədən gəlməli olan həkim artıq Bakıdadır".

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O qeyd edib ki, hazırda Mərkəzi Gömrük Hospitalında müayinə olunur: "Türkiyədən gələn həkim nevropotoloqdur. O, ev şəraitində müalicəm üçün dərmanlar yazdı. Həkim Türkiyəyə qayıdacaq. Türkiyəli həkim dedi ki, 20 gün, bir ay sonra onunla əlaqə saxlayıb səhhətim haqqında yenidən məlumat verim. Bununla yanaşı, belimdə olan ağrıları müalicə etmək üçün İsraildən həkim gələcək".