Sumqayıtda da ödənişsiz “WiFi” olacaq


Digərləri 04 Dek 2017 16:44:00 242 0

Sumqayıtda da ödənişsiz “WiFi” olacaq

Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz "Wi-Fi" şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Son.az bildirir ki, bu barədə Trend-ə "Aztelekom" MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib.

Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: "Hələlik ödənişsiz "Wi-Fi" şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur."