Hacı Məmmədovun bu qəbirdə dəfn olunacağı gözlənilir FOTO


Digərləri 04 Dek 2017 16:18:00 257 0

Hacı Məmmədovun bu qəbirdə dəfn olunacağı gözlənilir  FOTO

DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, həbsxanada intihar etdiyi açıqlanan qanqster Hacı Məmmədovun meyitinin ailəsinə təhvil verilməsi və gözlənilən dəfni ətrafında qeyri-müəyyən vəziyyət davam edir.

Son.az xəbər verir ki, Hacı Məmmədovun qohumu Leyla Məmmədova virtualaz.org-a açıqlamasında onun ölümü ilə bağlı hələlik Penitensiar Xidmətdən və digər strukturlardan rəsmi məlumat almadıqlarını, bu haqda ancaq mətbuatdan oxuduqlarını deyib. "Qafqazinfo" saytı isə iddia edir ki, H.Məmmədov bu gün saat 15.00-da Saray qəsəbəsində, atasının məzarı yaxınlığında dəfn olunacaq.

Virtualaz.org saytının əməkdaşı Saray qəbiristanlığına baş çəkib və Hacı Məmmədovun atasının məzarını tapıb. Bu, türbəni xatırladan qəbirüstü tikilidir. Orada H.Məmmədovun atası Məmmədov Məşədi Teymur Hacıağa oğlu və anası Məmmədova Almasxanım dəfn olunublar. Türbədə daha bir məzar var, amma boşdur. Vaxtilə H.Məmmədovun anası vəfat edəndə oğlunun onun yanında həmin məzarda dəfn edilməsini vəsiyyət edibmiş. Bu baxımdan gözlənilir ki, H.Məmmədov məhz həmin boş məzarda basdırılacaq.