Qısqanc qadın oğlu ilə gəlinini yataq otağında da rahat buraxmadı ŞOK FAKTLAR FOTO


Dünya 04 Dek 2017 13:40:00 296 0

Qısqanc qadın oğlu ilə gəlinini yataq otağında da rahat buraxmadı  ŞOK FAKTLAR  FOTO

İstanbulda 7 il öncə Ali G. ilə evlənərək Almaniyanın Solingen şəhərində yaşamağa başlayan S.G. adlı qadın ərini ona qısqanan və boşanmalarına səbəb olan qayınanasını məhkəməyə verib.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, S.G. "Oğlumun yaxasından düş. Oğlum yüz dəfə evlənsə də, məndən imtina etməz" deyən qayınanası Medine G.-dan 10 min TL mənəvi təzminat istəyib. S.G. məhəkəmədə Medine G-nın yuxuda olarkən "Alim məni qoyub, necə gedərsən, necə evlənərsən" deyə sayıxlayırdı. Hətta qısqanclığa görə ürəyi gedincə bir həftə xəstəxanalıq da olub" deyib.

Oğlu ilə gəlinin evdə tək qalmamaları üçün hər cür yola əl atan Medine G. hətta evlərinin açarlarının üzünü belə çıxardıb, onlardan xəbərsiz evə girib, çıxıb. Yataq otaqlarına belə girməyə cəhd edib.