Bu babaya 52 yaş vermək olar? VİDEO FOTO


Digərləri 04 Dek 2017 13:28:00 325 0

Bu babaya 52 yaş vermək olar?  VİDEO  FOTO

ABŞ-ın paytaxtı Vaşinqtonda yaşayan 52 yaşlı Jan Tit bodibildinq və fitnes fanatıdır.

Son.az ABC-yə istinadən bildirir ki, fitnes təlimatçısı və motivasiya natiqi işləyən Jan Tit sosial şəbəkələrdə "Ripped Grandpa" kimi tanınır.

Hər gün zalda məşq edən Jan yaşından xeyli gənc görünür.

"Fitneslə məşğul olmağa başlamazdan əvvəl arıq, çəlimsiz gənc idim. İndi geriyə baxanda, yaşadığım illərə nəzər salanda anlayıram ki, hələ güclü deyiləm, fiziki potensialımdan tam istifadə etməmişəm. Kollecdə oxuyanda məşq etməyə başladım. Ağır atletika ilə məşğul olurdum. Sonra fitnesə vuruldum", - Jan Tit deyir.

O, 210 kq ağırlığındakı ştanqı asanlıqla qaldırır.

Jan qida rasionuna da ciddi fikir verir. O, gündə 5 dəfə yeyir və təamlarının toplam enerji gücü 3400 kaloridir.