İstanbulda qanunsuz silah emalatxanası aşkarlanıb


Dünya 04 Dek 2017 09:59:25 239 0

İstanbulda qanunsuz silah emalatxanası aşkarlanıb

Əməliyyat nəticəsində bir neçə şübhəli saxlanılıb

Türkiyənin İstanbul şəhərində qanunsuz silah emalatxanası aşkarlanıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində orada xeyli silah-sursat olduğu müəyyənləşib.  

Qanunsuz emalatxana İstanbulun Pendik rayonunun Fatih məhəlləsindəki yaşayış binalarından birinin zirzəmisində yerləşirmiş.

Əməliyyat nəticəsində bir neçə şübhəli saxlanılıb.