Rusiya Xəzərdə antiterror təlimlər keçirdi


Dünya 04 Dek 2017 09:08:00 250 0

Rusiya Xəzərdə antiterror təlimlər keçirdi

Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimlər keçirib.

Son.az APA-ya istinadən xəbər verir ki, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.   

Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumunun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.       Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib.