Uşaq valideynləri ilə toydan çıxıb yolu keçən zaman avtomobil onu vurub


Digərləri 03 Dek 2017 23:42:00 236 0

Uşaq valideynləri ilə toydan çıxıb yolu keçən zaman avtomobil onu vurub

Ağstafada 6 yaşlı oğlanı maşın vurub. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərində "Fuad" şadlı sarayının qarşısında qeydə alınıb. Poylu kənd sakini 2011-ci il təvəllüdlü Muğalov Turan Naib oğlu yolu keçərkən avtomobil onu vurub. Uşaq dərhal Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, uşaq valideynləri ilə şadlıq sarayında keçirilən toy şənliyindən çıxıb yolu keçən zaman avtomobil onu vurub.