Qabığı özündən də şəfalı meyvə


Digərləri 03 Dek 2017 23:00:00 310 0

Qabığı özündən də şəfalı meyvə

Soyuq aylarda immunitetimizi gücləndirmək üçün bolluca naringi yeyirik. Amma onun qabıqlarının hətta meyvəsindən də faydalı olmasından xəbərsizik.

Son.az ailem.az-a istinadən naringi qabığının möcüzəvi faydaları barədə məlumat verir.

Bronxit   1 stəkan qaynanmış suya iki yemək qaşığı naringi qabığı əlavə edin. Bir saat gözləyin və sonra için. Bunu gündə üç dəfə içərək, bronxiti sürətli və təbii bir şəkildə aradan qaldıracaqsınız.   Öskürək 

Qabıqları xırda-xırda bölün və qurudun. 1 stəkan isti suyun içinə 2 yemək qaşığı qurudulmuş qabıq atın. 1 həftə boyu sərin bir yerdə saxlayın. 1 həftənin sonunda qabıqları çıxarın və suyu şüşə balona tökün. Gündə üç dəfə hər yeməkdən qabaq içərək, öskürəyinizi sağalda bilərsiniz.   Burun tıxanıqlığı   Kiçik ağızlı bir balona bir neçə dənə naringi qabığı atın və üzərinə isti su əlavə edin. 10 dəqiqə boyunca buxarını nəfəsinizə çəkin. Nəfəsinizin açıldığını, rahatlaşdığınızı və burun tıxanıqlığınızın aradan qalxdığını görəcəksiniz.   Həzm problemləri   Qurudulmuş və ya çəkilmiş portağal və naringi qabığı istifadə edə bilərsiniz. Hazırlayacağınız tozu, yeməklərinizə və ya şirniyyatlarınıza əlavə edərək mədə ağrılarınızı və həzm problemlərinizi azalda bilərsiniz.   Ayaq göbələyi   Bir həftə boyu gündə iki dəfə olmaqla göbələyin olduğu yerə qabıqları qoymalı və ovmalısınız.   Yüksək təzyiq   Üç litr suya bir stəkan təzə naringi qabığı əlavə edin. Qaynadın və bir saat saxlayın. İki gündən bir bədəninizi bu su ilə yuyun.   Beyin şişi   Aparılan araşdırmalarda naringi qabığında olan tangeretin maddəsinin beyin şişlərinin ən təhlükəlisi olan "Glioblastomada" şişini kiçiltdiyi bildirilir.

Beyin şişləri olan xəstələr üçün qarışım    Beş naringi, bir portağal, bir limonun qabığını bir yerdə çəkin, içinə bir az şəkər töküb hər gün yeyərək, şişin azalmasına kömək edə bilərlər.   Baş ağrısını aparır   Kiçik bir torbaya bir neçə naringi qabığı qoyun. Qabıqlardan gələn ətri 15 dəqiqə nəfəsinizə çəkin. Xəfif baş ağrılarını beləliklə, keçirə bilərsiniz.   Bütün bu faydalarından əlavə: