Bu xeyirsevər gəncləri siz də tanıyın VİDEO


Digərləri 03 Dek 2017 22:14:00 256 0

Bu xeyirsevər gəncləri siz də tanıyın  VİDEO

İnsanların əksəriyyəti gündəlik vaxtlarının çox hissəsini sosial şəbəkələrdə keçirilir. Amma onlar hər kəsin etdiyi kimi sadəcə dostlarla yazışmaq, məlumatları oxumaq üçün deyil, xeyriyyə məqsədilə pul qazanmaq üçün istifadə edirlər. Qazandıqları pulları isə ehtiyacı olanlara və xəstələrə verirlər.

Ceyhun Babayev, Qurban Məmmədli, Sevinc Şabanova, Fira Mabudova, Tahirə Novruzova, Taleh Valehov və onların digər dostları sosial şəbəkələrdə böyük şirkətlərin keçirdikləri müsabiqələrdə iştirak edərək qalib olur, əldə edilən uduşu isə pula çevirərək ehtiyacı olan şəxslərə verirlər.

Son.az bildirir ki, bir çox insana örnək olacaq bu davranış isə əksər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanır. Şəffaflığı qorumaq üçün isə gənclər hər dəfə etdikləri yardımın hesabatını dəstək olan insanlara yayırlar. Onların bu xeyirxah missiyasına qoşulmaq üçün isə sadəcə bəyən düyməsinə bir dəfə toxunmaq kifayətdir.