Almaniyada yaşayış binasında yanğın baş verib, ölənlər var


Dünya 03 Dek 2017 21:27:00 302 0

Almaniyada yaşayış binasında yanğın baş verib, ölənlər var

Almaniyada çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Almaniyanın qərbindəki Saarbrüken şəhərində qeydə alınıb. Yanğın zamanı daha bir nəfər ciddi xəsarət alıb.

Yanğın bu gün axşam saatlarında baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.