İraqda İŞİD üzərində qələbə münasibətilə parad keçiriləcək


Dünya 03 Dek 2017 18:04:00 359 0

İraqda İŞİD üzərində qələbə münasibətilə parad keçiriləcək

İraq hökuməti İŞİD terror qruplaşması üzərində qələbəni elan etmək münasibətilə dekabrın 9-da hərbi parad keçirmək niyyətindədir.

Son.az report.az-a istinadən bildirir ki, bununla bağlı RİA "Novosti" ölkənin təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, İraqın silahlı qüvvələrinin, ordusunun, xalq müdafiəçilərinin (müdafiə qoşunu) iştirakı ilə parad şənbə günü baş tutacaq. Hərbi tədbirdə İŞİD terror qruplaşması üzərində qələbə və hərbi əməliyyatların dayandırılması elan ediləcək.