İstanbulda baş vermiş yol qəzasında 19 nəfər xəsarət alıb


Dünya 03 Dek 2017 15:40:22 241 0

İstanbulda baş vermiş yol qəzasında 19 nəfər xəsarət alıb

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir

Türkiyənin İstanbul şəhərində iki sərnişin avtobusunun toqquşması nəticəsində 19 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 10:15-də baş verib. Əraziyə bir neçə təcili yardım maşını göndərilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı təhqiqat aparılır.