Bakı aeroportu: Dumana baxmayaraq, bütün uçuşlar cədvələ uyğun həyata keçirilir


Digərləri 03 Dek 2017 10:21:50 299 0

Bakı aeroportu: Dumana baxmayaraq, bütün uçuşlar cədvələ uyğun həyata keçirilir

Bakıda dekabrın 3-də səhər saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bakı. Bakıda dekabrın 3-də səhər saatlarında müşahidə olunan dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir. Bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata görə, duman hava limanının işinə təsir etməyib. "Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Hər hansı reysin ləğv olunması barədə hələlik məlumat yoxdur", - deyə hava limanında bildiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin