Pompeo dövlət katibi vəzifəsinə mümkün keçidi barədə sualı cavablandırmayıb


Digərləri 03 Dek 2017 08:35:00 233 0

Pompeo dövlət katibi vəzifəsinə mümkün keçidi barədə sualı cavablandırmayıb

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo ABŞ-ın dövlət katibi vəzifəsinə Reks Tillersonun əvəzinə keçidi barədə suala cavab verməkdən yayınıb

Bakı. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo ABŞ-ın dövlət katibi vəzifəsinə Reks Tillersonun əvəzinə keçidi barədə suala cavab verməkdən yayınıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, o, bildirib: "Mən hazırda öz işimə Konsentrasiya olmuşam. Mənim işim çoxdur. 10 ay müddətində dünyada ən yaxşı kəşfiyyat xidmətinə rəhbərlik etməyimdən şərəf duyuram". ABŞ KİV-lərinin məlumatına görə, prezident Donald Tramp Tillersonun işindən narazıdır və onu Pompeo ilə əvəz etmək istəyir. Həm Tramp, həm də Tillerson bu məlumatları dəfələrlə təkzib ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin