Fransalı mer: "Fransalılar Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq arzusundadırlar"
Digərləri 03 Dek 2017 07:57:05 212 0
"Bu bəşəri dəyərləri yaşadan ölkəni daha yaxından kəşf etməyi və onu meri olduğum şəhərdə daha artıq təbliğ etməyi düşünürəm"
Bu sözləri “Report”un Fransa bürosuna Fransanın Silli-Tillar şəhərinin meri Jan Vertadye Azərbaycanın "Cəngi" qrupunun sözügedən şəhərdə konsertindən sonra deyib.
O, Azərbaycan tarixi və mədəniyyətinin çox zəngin və keşməkeşli olduğunu bildirib:
"Azərbaycan musiqisi bizim şəhərdə bu gün ilk dəfə olaraq səsləndirilib. Hesab edirəm ki, tarixi bir gündür. Azərbaycanın əsrarəngiz musiqisinin bizim şəhərdə səsləndirilməsi bizim üçün böyük şərəfdir".
Jan Vertadye 2018-ci ildə Azərbaycana səfər etməyi planlaşdırdığını da qeyd edib:
"Gələn ilin may ayında Azərbaycana səfər etməyi planlaşdırıram. Səfərim 8 gün davam edəcək. Azərbaycan tolerantlıq, multikulturalizm diyarıdır. Bu bəşəri dəyərləri yaşadan ölkəni daha yaxından kəşf etməyi və onu meri olduğum şəhərdə daha artıq təbliğ etməyi düşünürəm".