Mərkəzi Kəşfiyyat İdarəsi "WikiLeaks"i ABŞ üçün təhlükə adlandırıb


Dünya 03 Dek 2017 05:58:34 321 1

Mərkəzi Kəşfiyyat İdarəsi "WikiLeaks"i ABŞ üçün təhlükə adlandırıb

"Məxfi təhlükəsizlik məlumatlarının sızması qədər ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə yoxdur"

"WikiLeaks"in fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükədir.

“Report” xəbər verir ki, bunu ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Maykl Pompeo Kaliforniyada Ronald Reyqan Prezident Kitabxanasında keçirilən konfransda deyib.

O qeyd edib ki, "məxfi təhlükəsizlik məlumatlarının sızması qədər ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə yoxdur".