Blockchain çirkli pulların yuyulmasına son qoya bilər?


Digərləri 02 Dek 2017 23:40:00 410 0

Blockchain çirkli pulların yuyulmasına son qoya bilər?

Yigal Arnon & Co hüquq şirkətinin xüsusi hüquqşünasları Roy Keydar və Netanella Treystman Blockchain texnologiyasının kriptovalyutaların üzləşdiyi çirkli pulların yuyulması problemini necə həll edə biləcəyini araşdırıb.

Bəziləri sözügedən bu problemə yüksək status verir. Məsələn, İsrail məhkəməsinin verdiyi qərara görə, İsrail bankları əsas biznesi kriptovalyuta,  xüsusən də Bitcoin və Ethereumla ticarətdən ibarət olan şirkətlərə maliyyə xidmətləri göstərməyə məcbur deyillər.

Məhkəmə belə hesab edir ki, banklar kriptovalyuta biznesi ilə məşğul olan şirkətlərə maliyyə dəstəyi göstərmək riskini öz üzərlərinə götürməməlidir.

Son.az banker.az-a istinadən bildirir ki, bütün dünya üzrə maliyyə tənzimləyiciləri və İsrail hökuməti tərəfindən qeyd edilən əsas risklərdən biri kriptovalyutanın anonimliyidir. Bununla belə, Blockchain texnologiyasında quraşdırılmış funksiyalar artıq mövcud olan mexanizmləri üstələyərək çirkli pulların yuyulması ilə mübarizə üsullarını yaxşılaşdıra bilər.

Kriptovalyutalar və çirkli pulların yuyulması problemi arasında gərginlik bir neçə amilə görə artmaqdadır. Məsələn, Bitcoinin xakerlər və cinayətkarlar arasında cəlbedici alət olması kimi mənfi nüfuz. Bunun əvəzində, onlar üçün valyutanı cəlbedici edən Bitcoinin strukturudur.

AML sistemi ilk olaraq maliyyə xidmətlərinin mərkəzləşdirilmiş sistemlərinin mövcud problemlərini həll etmək üçün nəzərdə tutulmuşdu. Sistem standart olaraq daxili anonimliyə sahib maliyyə sistemlərində məlumatları oxuya bilməyəcək.

AML böyük ehtimal idarəermə bacarığına və "Öz müştərini tanı" (KYC) prosesindən istifadəyə etibar edir. Sözügedən bu proses isə hər bir maliyyə institutunun qanunla nəzərə almalı olduğu məlumatı identifikasiya edir.

Hazırda istifadə olunan AML monitorinqi mezanizmi hər tranzaksiyanı daha əvvəldən identifikasiya olunmuş hüquqi şəxs ilə əlaqələndirir. Fiat valyutalarda izlənən məlumatlara daxildir: maliyyə sisteminə giriş məntəqəsi, daha doğrusu açıq bank hesabları; sistemdə istənilən tranzaksiya, məsələn, bir bank hesabından digərinə pul köçürmək və yaxud sürətli platformalardan istifadə.

Daha sonra sistemlər maliyyə fəaliyyətinə nəzarət edir, tranzaksiyalarla bağlı riskləri qiymətləndirir və istənilən uyğun bildiriş və hesabatları izləyir.