BMW 460güclü M3 təqdim edib FOTO


Digərləri 02 Dek 2017 23:05:00 429 0

BMW 460güclü M3 təqdim edib  FOTO

Bir sıra cəlbedici elanlardan sonra Bavariya markası BMW rəsmi olaraq güclü sedan M3 üçün modifikasiyanın sirrini açıb. BMW M3 CS 460-güclü mühərrik alın və məhdud sayda istehsal ediləcək.

Son.az auto.az-a istinadən bildirir ki, rəsmi təqdimata qədər güman edildiyi kimi, ekstremal sedan BMW M3 CS 2018 3,0-litrlik, 6-silindrli TwinPower Turbo alıb ki, o, 460 a.g. və 600 Nm fırlanma anına malikdir.

Alman brendinin nümayəndələrinin sözlərinə görə, mühərrikin gücü qaz paylayıcı Double-VANOS sistemi, soyuq havalandırma, yüksək təzyiqdə yanacaq ötürməsi və yeni qazburaxma sistemi sayəsində artırılıb.

Dinamik xarakteristikaya gəldikdə, 7-pilləli robot DCT (M Double Clutch Transmission) sürət qutusu ilə təchiz edilmiş 460-güclü sedan BMW M3 CS yerindən 100 km/saata 3,9 saniyəyə sürətlənə bilir, maksimal sürət isə 280 km/saatdır.


Xəbərə aid fotolar