Onun 500 şirkəti var və Hindistanın ən varlı insanıdır


Digərləri 02 Dek 2017 20:55:00 353 0

Onun 500 şirkəti var və Hindistanın ən varlı insanıdır

Mukeş Ambani Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin səhmdarı.

Həyatı

Mukeş Ambani 19 aprel 1957-ci ildə Yəmənin Aden şəhərində anadan olub.

Atası Dxirubxay Ambani "Reliance Industries" şirkətinin qurucusudur. O, böyük oğlu olan Mukeşə yüksək təhsil verir. Mukeş, Mumbay Universitetində tətbiqi kimya ixtisası üzrə bakalavr dərəcəsi alır. Daha sonra isə təhsilini davam etdirmək üçün ABŞ-a gedir və Stenford Universitetində magistr dərəcəsinə yiyələnir. Amma insult keçirmiş atasının xəstəliyi səbəbindən Mukeş təhsilini yarımçıq buraxib Mumbaya qayıdır və "Reliance Industries Ltd"də işə başlayır.

Son.az bizplus.az-a istinadən bildirir ki, həmin dövrdə şirkət tekstil və lif istehsal edirdi. Lakin Mukeş neft emalı ilə məşğul olmağı daha gəlirli hesab etdiyindən, şirkətin profilini dəyişmək qərarına gəlir. Şirkətdə 50 yeni istehsal müəssisəsi yaradır. Bu da ümumi istehsalı 12 dəfə artırmağa imkan verir. Beləliklə "Reliance Industries Ltd" güclü struktura çevrilir. Artıq 2007-ci ildə şirkətin daxilolmaları 26,07 milyard, gəliri 2,79 milyard, bazar kapitalizasiyası 89,29 milyard dollar təşkil edir.

 Hazırda Hindistan iqtisadiyyatında önəmli rola malik olan "Reliance Industries Ltd" ölkənin ən bahalı şirkətidir. Belə ki, 2014-cü ildə onun bazar dəyəri 23 milyard dollar olmaqla bərabər, ölkə iqtisadiyyatının 3,5 faizini təmin edir.

Xəbərə aid fotolar