Bu hal sürücülər üçün qəza riskini artırır Ə


Digərləri 02 Dek 2017 20:36:00 408 0

Bu hal sürücülər üçün qəza riskini artırır  Ə

Əksər sürücülər avtomobilin əyləc mayesini uzun illərdir dəyişdirmir. Hətta on və daha çox ildir əyləc mayesini dəyişdirməyən sürücülər var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobilin əyləc mayesinin dövri olaraq dəyişdirilməsi mütləqdir. Mütəxəssislərin fikrincə, əks halda bu hal sürücülər üçün qəza riskini artırır. Usta Elçin Həsənovun sözlərinə görə, bəzi hallarda uzun müddət istifadə nəticəsində mayedə qızma və buxarlanma baş verir ki, bu da mayenin içinə hava dolması isə nəticələnir və əyləc sistemi işləmir. Bundan başqa, avtomobildə dövri texniki cədvəllərə uyğun olaraq, hidravlik sükanın yağı hər 40-50 min km-dən bir, körpünün yağı 50 min km-dən bir, sürət qutusunun yağı isə istehsalçı şirkətin tövsiyəsindən asılı olaraq 50-100 min km-dən bir dəyişdirilməlidir.


Xəbərə aid video