Məktəblilərin davasında xəsarət almış ikinci şagird ölüb


Dünya 02 Dek 2017 19:33:00 277 0

Məktəblilərin davasında xəsarət almış ikinci şagird ölüb

Cümə günü Tbilisinin mərkəzində yer alan kütləvi dava vaxtı bıçaq xəsarəti almış 16 yaşlı məktəbli xəstəxanada vəfat edib.

Həmin mübahisədə bıçaqlanan 51 nömrəli məktəbin daha bir şagirdi xəstəxanaya çatdırılarkən ölüb.

Hər iki gənc 11-ci sinifdə oxuyurdu.

Şagirdlərdən birinin ölümü ilə bağlı şübhəli şəxs saxlanılıb, Gürcüstanın Daxili İşlər Nazirliyi bildirir.