Birbirini ittiham edən tərəflər, ortada bədbəxt olan uşaqlar: …


Digərləri 02 Dek 2017 19:20:00 295 0

Birbirini ittiham edən tərəflər, ortada bədbəxt olan uşaqlar: …

Körpə doğulduqdan sonra qeydiyyat üzrə müvafiq poliklinikanın sahə həkimi uşağın vəziyyəti ilə maraqlanır. Daha sonra müəyyən müddətdən bir onu müayinə edərək göstərişlər verir.

Son zamanlar isə sahə həkimlərinin səriştəsizliyi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Son.az medicina.az-a istinadən bildirir ki, əksəriyyət sahə həkimlərinin savadsızlığından, uşaq ilə maraqlanmamasından, səhv diaqnozlar qoymasından şikayətçi olublar.

13 saylı poliklinikanın sahə həkimi Hədiyyə Rzayeva məsələ ilə bağlı danışıb. O, həmkarları haqqında səsləndirilən fikirlərlə razı olmadığını deyib və günahın valideynlərdə olduğunu bildirib:   "Əvvəlcə sahə həkimini pisləyənin savadına və intellektinə baxmaq lazımdır. Poliklinikalarda da çox savadlı, heç də özəl klinikalarda işləyənlərdən geri qalmayan həkimlərimiz var. Sadəcə olaraq analarımız poliklinika və stasionar müalicə və müayinənin nə olduğunu bilmirlər. Sahə həkiminin müalicə etmək kimi səlahiyyəti yoxdur, onların iş prinsipi profilaktika və ilkin xəstəliyin aşkarlanmasıdır. Əgər ana 10 gün diareya şikayəti ilə övladını poliklinikaya gətirmirsə və sahə həkimi onu məcburən stasionara göndərirsə, bu heç də həmin həkimin savadsız olmağına dəlalət etmir. Sadəcə onun bu cür səhlənkar ananın övladına ev şəraitində müalicə yazmağa ixtiyarı yoxdur. Lakin buna valideynlərin savadı çatmır, "sahə həkimi müalicə yazmadı" kimi qəbul edirlər. Mən də bütün həkimlərin savadlı olduğunu demirəm, bütün sahələrdə olduğu kimi..."

Stasionar həkimlərin də sahə həkimlərinə dırnaqarası baxdığını qeyd edən H. Rzayeva, onların xəstələr arasında da səhv agitasiya apardıqlarından şikayətlənib:   "Poliklinikanın əsas iş prinsipi peyvəndlərdir. Ancaq çox ağıllı stasionar həkimlər əsassız olaraq peyvəndə əks göstərişlər təyin edirlər".

Bəs pediatrlar bu məsələyə necə yanaşır?

Pediatr Xəyalə Quliyeva bu sahədə kifayət qədər boşluğun olduğunu bildirib:

"Sahə həkimləri illər öncə işə götürülmüşlərdir. Düzdür, yeni kadrlar da var. Amma ən çox yanlışı məhz yaşlı nəsil edir. Problem budur ki, onlar müasir tibbi izləmirlər. Kursa çağırılsalar da, kursu keçib, dinləsələr də yenə də öz bildikləri kimi davam edirlər. Yəni yenilikləri deyil, əvvəl öyrəndiklərini tətbiq edirlər".

Mütəxəssis sahə həkimlərinin uşaqlara qoyduqları səhv xəstəlik diaqnozlardan da danışıb: