İki piyadanı öldürən sürücü tutulub


Digərləri 02 Dek 2017 13:26:00 232 0

İki piyadanı öldürən sürücü tutulub

İki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış Şəmkir rayon sakini tutulub.

Bakı. İki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış Şəmkir rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər. Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin