İsrail "Dəmir günbəz"i dənizdə sınadı VİDEO FOTO


Digərləri 02 Dek 2017 10:23:00 395 0

İsrail "Dəmir günbəz"i dənizdə sınadı  VİDEO  FOTO

İsrail ordusu "İron Dome" ("Dəmir günbəz") hava hücumundan müdafiə sisteminin dəniz versiyasını sınayıb.

Sınaqlar uğurla başa çatıb.

Son.az İsrail Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, sınaqlar bir neçə gün davam edib. "İron Dome"un dəniz versiyası ilə dənizdəki qazma qurğularının müdafiəsi üçün nəzərdə tutulmuş gəmilər təchiz olunacaq.

"İron Dome"un dəniz versiyasını indiyədək bu sistemin "quru" versiyasını istehsal edən "Rafael" şirkəti hazırlayıb.

İvrit dilində adı "Kipat barzel" olan "Dəmir günbəz"in dəniz versiyasını sınaqlar zamanı "Saar-5" tipli "Lahav" korvetində yerləşdiriblər.

Antiraketlər olan buraxılış qurğusu gəmidəki helikopter platformasında idi. Hədəfləri "Israel Aerospace Industries"in hazırladığı "ELM-2248 Adir" radiolokasiya stansiyası aşkarlayıb. Bu stansiya "Dəmir günbəz"in idarəetmə sistemlərinə inteqrasiya edilmişdi.


Xəbərə aid fotolar