"Rusiya İxracat Mərkəzi"ndən Azərbaycana 200 milyon dollar dəyərində ixrac təklifi


Digərləri 02 Dek 2017 10:06:00 253 0

"Rusiya İxracat Mərkəzi"ndən Azərbaycana 200 milyon dollar dəyərində ixrac təklifi

"Rusiya İxracat Mərkəzi" SC Azərbaycana məhsul ixracı üzrə 20 layihənin dəstəklənməsi imkanını nəzərdən keçirir.

Bakı. Azad Həsənli - "Rusiya İxracat Mərkəzi" SC Azərbaycana məhsul ixracı üzrə 20 layihənin dəstəklənməsi imkanını nəzərdən keçirir. Trend-ə bu barədə "Rusiya İxracat Mərkəzi" SC-nin nümayəndəsi Elmira Kaçayeva deyib. Onun sözlərinə görə, demək olar ki, bütün layihələr qeyri-maliyyə xidməti sahələrini əhatə edir. E.Kaçayeva deyib: "Əgər bu layihələr həyata keçirilsə, o zaman ixracın həcmi 200 milyon dolları keçə bilr". Qeyd edək ki, bu gün üçün "Rusiya İxracat Mərkəzi" SC Azərbaycana 500 milyon dollar dəyərindən çox ixracı dəstəkləyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin