Rusiya Suriyada İŞİD-in obyektlərini bombalayıb


Dünya 02 Dek 2017 02:45:35 246 0

Rusiya Suriyada İŞİD-in obyektlərini bombalayıb

Terrorçuların dayaq məntəqələri və texnikasını məhv edilib

Rusiyanın altı uzaq bombardımançı təyyarəsi Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD terror təşkilatı yaraqlılarının obyektlərinə qrup şəklində zərbə endiriblər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya ərazisindəki aerodromdan havaya qalxan təyyarələr terrorçuların dayaq məntəqələri və texnikasını məhv ediblər. Təyin olunan bütün hədəflər məhv edilib və bu, xüsusi texniki vasitələrin köməkliyi ilə həyata keçirilən obyektiv nəzarət vasitələri vasitəsi ilə öz təsdiqini tapıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bombardımançıların qorunmasını Xmeymim aerodromunda yerləşən "Su-30CM" qırıcıları təmin edib.