Robot yosunlar insanları müalicə edəcək


Digərləri 01 Dek 2017 22:49:00 255 0

Robot yosunlar insanları müalicə edəcək

Çətinliklə gedilə bilən yerlərdə lokallaşdırılan anomaliyaların diaqnostikası və müalicəsi mürəkkəb məsələdir. Yaxın zamanlarda həkimlərə Çinin Honkonq Universitetinin alimləri tərəfindən hazırlanmış robot yosunlar kömək edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yüksək dəqiqliklə məsafədən idarə olunan robotlar maqnit nanozərrəcikləri ilə örtülmüş mikroskopik yosunlardan ibarətdir. Robotların harada yerləşdiklərini onları skan etdikdə anlamaq mümkündür. Belə ki, yosunlar dərinin səthinə yaxın olduqda işıqlanır, toxumalarda olduqda isə yardıma MRT gəlir.

Siçovullar üzərində sınaqlar zamanı məlum olub ki, robotların vəziyyətini maqnitlərdən istifadə edərək dəyişmək mümkündür. Robotlar qan, mədə şirəsi və digər bioloji mayelərdə sərbəst hərəkət edir.