Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib" VİDEO


Digərləri 01 Dek 2017 21:42:00 310 0

Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"  VİDEO

Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Trampın bütün dünyaya nümunə göstərdiyi Reyhan Camalova artıq Bakıdadır.

Son.az bildirir ki, 15 yaşlı azərbaycanlı ixtiraçı səfər təəssüratlarını bölüşüb. O, Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib. ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Tramp Qlobal Sahibkarlıq Sammitindən bir gün sonra da Reyhan Camalova ilə görüşüb.

150 ölkədən 1500 nəfər iştirakçı arasında fərqlənməyi bacaran Reyhana artıq ixtirası ilə bağlı 5 investordan təklif də gəlib.

Reyhanın ərsəyə gətirdiyi "Reynerci" adlı qurğu yağışdan enerji alır. Hazırda alternativ enerji mənbələrinə olan tələbatı nəzərə alsaq, bu ixtiranın daha çox marağa səbəb olacağını deyə bilərik.