İfaları ilə gündəm yaradan müəllim və şagirddən açıqlama VİDEO


Digərləri 01 Dek 2017 21:34:00 356 0

İfaları ilə gündəm yaradan müəllim və şagirddən açıqlama  VİDEO

Bir video ilə həm şagird, həm də müəllim sosial şəbəkələrdə rezonans doğurdu.

Onların ifası qısa zamanda minlərlə insan tərəfindən izlənildi və bəyənildi. Son.az bildirir ki, səsi ilə sosial şəbəkələrdə adından söz açdıran 14 yaşlı Kamal Mustafayev musiqi məktəbində xanəndəlik üzrə 5-ci sinifdə oxuyur. Ağdamdan məcburi köçkün olan Kamal hazırda ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində məskunlaşıb.

O deyir ki, gününün yarısını orta məktəbdə, qalan hissəsini isə Ağdam rayon Gülablı kənd musiqi məktəbində keçirir. Sosial şəbəkələrdə videosuna yazılan xoş sözlər kiçik istedadı daha da həvəsləndirib. Kamalın yaşı az olsa da, o, gələcək həyatı ilə bağlı qərarı indidən verib. O, peşəkar xanəndə olmaq arzusundadır.