Bakı sakinləri özlərini necə gözəlləşdirirlər? SORĞU


Digərləri 01 Dek 2017 20:12:00 288 0

Bakı sakinləri özlərini necə gözəlləşdirirlər?  SORĞU

Bir zamanlar "gözəllik ondur, doqquzu dondur" deyilsə də, hazırda donların insana yaraşıq qatma funksiyasını əlinə gözəllik salonları alıb. Demək olar, qadınlı-kişili hər kəs ətrafın gözünə xoş görünmək üçün bu mərkəzlərin xidmətlərindən istifadə edir.  Bəs Bakı sakinləri gözəlliklərinə gözəllik qatmaq üçün salonlara tez-tez müraciət edir?  ACT Azərbaycan bunu öyrənnməyə çalışıb.

Son.az billdirir ki, rəyi öyrənilən respondentlərin böyük bir qismi gözəllik salonuna ayda bir dəfə müraciət etdiyini  deyib (36 %). Qadınların 31%, kişilərin isə 36%-i ayda bir dəfə gözəlliklərinə gözəllik qatırlar.  Sakinlərin beşdə biri (21 %) isə özünə yaraşıq vermək üçün bu tip mərkəzlərə 2 həftədə 1 dəfə müraciət edir. 11 % respondent salon xidmətlərinə ehtiyac duymadığı halda, digər 11 % salona 2 ayda 1 dəfə mərkəzlərin xidmətlərin istifadə etdiyini bildirir. Rəyi öyrənilmiş sakinlər arasında salonlara nadir hallarda (3 aydan da gec) üz tutanlar da tapılıb (7 %).