“Satqın jurnalistləri, bədnam ekspertləri efirdən qovun” VİDEO


Dünya 01 Dek 2017 19:24:00 288 0

“Satqın jurnalistləri, bədnam ekspertləri efirdən qovun”  VİDEO

Ermənistanın Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində əhatəli əməkdaşlıq razılaşması imzalamasının Rusiya telekanallarında, ekspert çevrələrində "siyasi fahişəliklə" müqayisə olunması erməni çevrələrini bərk qəzəbləndirib.

Mİlli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün Rusiya Erməniləri İttifaqı bəyanatla çıxış edərək hakimiyyət dairələrini "Ermənistanın əleyhinə təbliğat aparan satqın jurnalistləri" efirdən kənarlaşdırmağa çağırıb.

İttifaq bildirir ki, Rusiyanın müəyyən dairələrində Ermənistanın Aİ ilə razılaşma imzalaması siyasi kursun dəyişməsi kimi təqdim olunur. "Əgər bu bədnam ekspertlər tənbəllik etməyib həmin razılaşmanı oxusaydılar görərdilər ki, Ermənistan Avrasiya İttifaqı və müttəfiqləri qarşısında götürdüyü bütün öhdəliklərə sadiq qalır"-bəyanatda bildirilir.

Rusiya Erməniləri İttifaqı hesab edir ki, "məsuliyyətsiz jurnalistlər və siyasətçilər" öz hərəkətləri ilə Ermənistan cəmiyyətində və Rusiya erməniləri arasında narazılıq dalğası yaradıb.

"Biz ola bilsin göstərilən KİV-lərə təsir imkanları olan  hakimiyyət strukturlarını çağırırıq ki, efirdən satqın jurnalistləri, siyasətçiləri və bədnam ekspertləri kənarlaşdırsın. Onların mövqeləri Rusiya cəmiyyətində əks-səda yaratmır. İlk növbədə onlar bivecliyi və şüurlu dezinformasiyanı tirajlayaraq bizim qardaş xalqlar arasında fikir ayrılıqları yaradırlar"-bəyanatda deyilir.


Xəbərə aid video