Şimali Koreya artıq nüvə dövlətidir


Digərləri 01 Dek 2017 11:39:00 364 0

Şimali Koreya artıq nüvə dövlətidir

Dünyanın ən qapalı ölkələrindən biri, diktaturanın hakimiyyətdə olduğu Şimali Koreya Xalq-Demokratik Respublikası "Hvasonq-15" qitələrarası ballistik raketini uğurla sınayandan sonra statusunu dəyişib.

Son.az CNBS-yə istinadən bildirir ki, Şimali Koreya artıq nüvə silahına malik dövlətlər sırasındadır, "nüvə klubu"na qoşulub.

Rəsmi Pxenyan "Hvasonq-16" raketinin sınaqları ilə bağlı yeni fotoları yayıb.

Noyabrın 28-də "Hvasonq-15" qitələrarası ballistik raketi sınanıb. 4475 metr yüksəlikyə qalxan raket 950 km məsafəni 53 dəqiqəyə qət edərək Yaponiyanın ərazi sularına düşüb.

"Hvasonq-15" Şimali Koreyanın iyulda uğurla sınadığı "Hvasonq-14" raketinin təkmilləşdirilmiş variantıdır.

Yeni raketin buraxılması üçün mobil sistemdən istifadə olunur.