Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı


Digərləri 01 Dek 2017 11:07:00 266 0

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı

Silahlı Qüvvələrə Yardım Fonduna dekabrın 1-dək 87.032.400,63 AZN, 212.873,88 ABŞ dolları, 9236,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Bu barədə Son.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.