Maşın dirəyə çırpıldı


Digərləri 01 Dek 2017 10:49:00 247 0

Maşın dirəyə çırpıldı

Göyçayda yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Bığır kənd sakini, 1990-cı il təvəllüdlü Qafarov Valeh Bəhmən oğlu "Vaz" markalı avtomobili idarə edərkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılıb.

Hadisə nəticəsində V.Qafarov və sərnişini, əmisi oğlu 1998-ci il təvəllüdlü Qafarov Ruslan Əvəz oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəyə səbəb yüksək sürət olub.