Göyçayda maşın dirəyə çırpıldı - 2 əmioğlu xəstəxanaya yerləşdirildi


Digərləri 01 Dek 2017 10:11:00 219 0

Göyçayda maşın dirəyə çırpıldı - 2 əmioğlu xəstəxanaya yerləşdirildi

Göyçayda yol qəzası baş verib.

Bakı. Samir Əli - Göyçayda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayonun Bığır kənd sakini, 1990-cı il təvəllüdlü Qafarov Valeh Bəhmən oğlu "Vaz" markalı avtomobili idarə edərkən idarəetməni tirib və yolun kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində V.Qafarov və sərnişini, əmisi oğlu 1998-ci il təvəllüdlü Qafarov Ruslan Əvəz oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisəyə səbəb yüksək sürət olub. Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin