Rza Zərrab kimdir?


Digərləri 30 Noy 2017 23:35:00 323 0

Rza Zərrab kimdir?

Rza Zərrab 1983-cü ildə İranda dünyaya gəlib və uşaqlığında ailəsi ilə birlikdə Türkiyəyə köçüb.

Türkiyə mediası onun ailəsinin 1999-cu ildə Dubaya köçdüyünü deyir, lakin Zərrabın özü 2002-ci ildə Türkiyəyə qayıdıb.

Son.az BBC-yə istinadən bildirir ki, 2017-ci ildə Türkiyənin Star qəzeti onun barəsində hazırladığı yazıda Zərrabın zəngin ailədən olduğunu və zərgərlik, enerji, daşınma və xüsusilə də, qızıl ticarəti sahələrində biznesləri olduğunu qeyd edib.

1 iyun 2007-ci ildə keçirilən Türkiyə nazirlər kabineti iclasında kabinetin qərarı ilə Zərraba Türkiyə vətəndaşlığı verilib. Lakin bu qərar, ənənəvi qaydalardan fərqli olaraq, dövlətin Rəsmi Qəzetində dərc edilməyib.

Zərrab uzun müddət Türkiyədə musiqi yazarı kimi və məhşur müğənni Ebru Gündeş ilə evliliyi ilə tanınıb. Hazırda onun Gündeşlə altı yaşlı qızı var.

Ebru Gündeş 2016-cı ildə ondan boşanmaq istəsə də, daha sonra fikrini dəyişib.

Cütlük Türkiyədə dəbli həyatları ilə tanınıb. Türkiyə mediasının məlumatına görə, onun Gündeşə verdiyi hədiyyələr arasında Boğaziçi sahilində 40 milyon dollar dəyərində villalar da olub.

ABŞ məhkəməsinə Zərrabla bağlı təqdim edilən iddianamədə qeyd olunur ki, onun təxminən 20 daşınmaz mülkü, altı atı, yeddi gəmisi, xüsusi təyyarəsi, 17 dəbdəbəli avtomobili və 10 milyon dollar dəyərində sənət əsəri var.

Zərrab, əvvəllər qəzetlərin əyləncə bölmələrində tanınsa da, o, 2013-cü ildə nəhəng korrupsiya qalmaqalı ərəfəsində həbsilə daha da məhşurlaşıb.