Mixeil Saakaşvilinin Ukraynada qalmağını təsdiqləyən sənədin etibarlılıq müddəti uzadılıb


Dünya 30 Noy 2017 20:49:00 363 0

Mixeil Saakaşvilinin Ukraynada qalmağını təsdiqləyən sənədin etibarlılıq müddəti uzadılıb

Ukraynanın Miqrasiya Xidməti sənədin etibarlılıq müddətini gələn il martın 1-dək uzadıb

Mixeil Saakaşvilinin Ukraynada qalmağını təsdiqləyən sənədin etibarlılıq müddəti uzadılıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili məlumat verib. 

Onun sözlərinə görə, Ukraynanın Miqrasiya Xidməti onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənədin etibarlılıq müddətini gələn il martın 1-dək uzadıb. 

Qeyd edək ki, M.Saakaşvili bundan əvvəl Ukrayna Miqrasiya Xidmətindən onun ölkədə qalmağının qanuniliyini təsdiq edən sənəd alıb.

Siyasətçinin vəkili bildirib ki, sənəd M.Saakaşvilinin ona əlavə müdafiə təqdim etməkdən imtinaya dair şikayətin məhkəmədə baxılanadək ekstradisiya edilməyəcəyinə bir təminatdır.