Böyük Britaniyada "Brexit" üzrə referendumdan sonra miqrantların sayı 30%-dən çox azalıb


Dünya 30 Noy 2017 17:18:14 248 0

Böyük Britaniyada "Brexit" üzrə referendumdan sonra miqrantların sayı 30%-dən çox azalıb

Aİ ölkələrindən gələn insanların sayı ciddi şəkildə azalıb

Böyük Britaniyada immiqrasiyanın səviyyəsi 30%-dən çox azalıb və 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayınadək olan müddətdə 230 min nəfər təşkil edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Britaniya Daxili İşlər Nazirliyinin statistik hesabatında məlumat verilib.

Bu dövrdə Böyük Britaniyaya, təxminən, 572 min nəfər gəlib və ölkəni 342 minə yaxın adam tərk edib. Hesabata əsasən, Avropa İttifaqı (Aİ) ölkələrindən gələn insanların sayı əvvəlki hesabat dövrü ilə müqayisədə xeyli azalıb.

Qeyd edək ki, Böyük Britaniya Aİ-ni 2019-cu il martın 29-da - britaniyalıların 2016-cı ilin iyun ayında keçirilmiş referendumda səs verdiyi "Brexit"in başlamasından düz iki il sonra tərk etməlidir. Hazırda Britaniya və Aİ çıxış şərtləri barədə danışıqlar aparır.