"Müəllimlərin yeni alətlərdən istifadə bacarıqları yetərli deyil"


Digərləri 30 Noy 2017 15:12:00 257 0

"Müəllimlərin yeni alətlərdən istifadə bacarıqları yetərli deyil"

Müəllimlər 2012-ci ildən başlayaraq yalnız ənənəvi testlərdən istifadə ediblər.

Son.az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O vurğulayıb ki, halbuki müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər: "20 il ərzində müəllimləri ənənəvi tədris forması üçün öyrədə bilmişdik. Lakin kurikulum sistemi üzrə müəllimlərin yeni alətlərdən istifadə etmək bacarıqları yetərli deyil, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri də qınamaq lazım deyil". DİM sədri bildirib ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. M.Abbaszadə qeyd edib ki, kurikulumun tədbiqində bir sıra rayonlarda fərqlər nəzərə çarpır: "İki ildən sonra şagirdlər yeni qaydalar əsasında təşkil olunacaq müsabiqədə iştirak edəcəklər. Ölkə üzrə bu sahədə olan orta nəticələr arasında ciddi fərqlər var".